Bakıda Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib


Digərləri 24 İyn 2019 12:47:00 216 0

Bakıda Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərasimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova açıq elan edib.

G.Məmmədova forumun əhəmiyyətini qeyd edərək bildirib ki, tədbir Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim etməyə imkan verir.

Rektor qeyd edib ki, bu gün Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində mədəni irsimizə çox ziyan dəyib: "Bu təhlükələr barəsində forumda iştirak edən 30 ölkənin nümayəndəsinə məlumat vermək imkanımız olacaq".

Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək forumun dünya üçün əhəmiyyətli olduğunu qeyd edib.

Nazir bildirib ki, forum gənclərin yeni təcrübə qazanmasına imkan verir:

"Forumda gənclər bu sahədə qarşıda dayanan mühüm məsələləri müzakirə edəcək, təcrübə və fikir mübadiləsi aparacaq. Forum yeni ideyaların meydana çıxmasına səbəb olacaq.

Nazir forumun təşkil edilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.