Marsda canlı həyat tapıldı


Digərləri 24 İyn 2019 12:39:00 212 0

Marsda canlı həyat tapıldı

Marsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, bunu NASA alimləri bildiriblər. Alimlər ötən həftə "Curiosity" aparatının topladığı məlumatları tədqiq ediblər.

Marsdan hava nümunəsi həftənin çərşənbə axşamı götürülüb. Cümə günü isə təcrübələr zamanı havada yüksək miqdarda metan qazı aşkar edilib.

Alimlər "Curiosity"dən əlavə məlumat istəyiblər. Əgər kəşf təsdiqlənsə, yaxın günlərdə rəsmi elan ediləcək.