Dünyanın ən bahalı müdafiəçisi olur


İdman 24 İyn 2019 12:13:00 235 0

Dünyanın ən bahalı müdafiəçisi olur

Leicester-in müdafiəçisi Harri Maquayr gələcək taleyi ilə bağlı qərarını verib.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçu Manchester City-yə keçəcək.

İngiltərə millisinin üzvü ilk olaraq Manchester United-dən təklif almasına baxmayaraq, "qırmızı şeytanlar"a yox cavabını verib. O, əvəzində "şəhərlilər"in təklifini müsbət dəyərləndirib və tərəflər razılığa gəlib. Maquayrın Premyer Liqa çempionuna keçidinin bu həftə rəsmiləşməsi gözlənilir. 

Transfer Leicester-ə 90 milyon avro qazanc gətirəcək. Bununla Maquayr dünyanın ən bahalı müdafiəçisi ünvanına yiyələnəcək.