Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır


Digərləri 24 İyn 2019 11:52:00 185 0

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir.

Bakı. ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir. Trend-in məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib. O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib: “Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik”.