Dilarə qızının toyunda Röya ilə barışdı


Şou-biznes 24 İyn 2019 11:34:00 319 0

Dilarə qızının toyunda Röya ilə barışdı

Əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan arasında davam edən küsülülük ötən gün bitib.

Son.az axşam.az-a istinadən bildirir ki, onları illər sonra birləşdirən isə Əliyevanın qızı Aytənin toy məclisi olub. Müğənni Oqtay və Dilarə cütlüyünün xoş gününə qatılaraq, aktyorları təbrik edib.

Dilarə və Röyanın birlikdə rəqs etdiyi video sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, onların illər öncə küsməsinə Dilarənin Röyaya iradı, sənətçinin isə ona kəskin cavabı səbəb olmuşdu.