Bakıda keçiddən istifadə etməyən piyadanı avtomobil vurdu (VİDEO)


Digərləri 24 İyn 2019 11:27:33 198 0

Bakıda keçiddən istifadə etməyən piyadanı avtomobil vurdu (VİDEO)

Gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Nobel prospektində gecə saat 01 radələrində qeydə alınıb. Üzü Zığ şosesi istiqamətində hərəkət edən avtomobil yolu keçən piyadanı vurub. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən bir qədər aralıda yerüstü piyada keçidi də olub, lakin vurulan şəxs həmin keçiddən istifadə etməyib. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub.