"Argentina yığması əminliyini əldə etməli idi" - Messi


İdman 24 İyn 2019 10:57:00 339 0

"Argentina yığması əminliyini əldə etməli idi" - Messi

Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Qətər milli komandası ilə Amerika Kubokunun qrup mərhələsinin üçüncü turunun matçının yekununu dəyərləndirib.

"Argentina yığması yaxşı matç keçirdi və uddu. Bu prinsipial idi. Belə matç əminliyi və sakitliyi əldə etmək üçün bizə lazım idi. Komanda oyundan oyuna böyüməlidir və bu matç da istisna deyil", - deyə Argentina yığmasının mətbuat xidməti Messidən sitat gətirib.

Qeyd edək ki, görüş Argentina yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Messinin özü isə qarşılaşmanın oyunçusu adlandırılıb.

Argentina iyunun 28-də yarışın dörddə bir finalında Venesuela yığmasına qarşı oynayacaq.

Braziliyada keçirilən turnir iyulun 7-də yekunlaşacaq.