Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ:


Digərləri 24 İyn 2019 10:24:00 231 0

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ:

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 24 iyun saat 10.00-dan 28 iyun saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 29 iyun 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10.00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.