İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək"


Dünya 24 İyn 2019 10:19:00 263 0

İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək"

"İstanbulda qanun və ədalət hökmranlıq edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu deyib.

Ə.İmamoğlunun sözlərinə görə, İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək:

"Mən İstanbul sakinlərinə söz verirəm ki, onları heş kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək".