Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 24 İyn 2019 09:55:00 238 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Qlobal risklərinin azalacağı ehtimallarının artması, avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşmaya səbəb olub. Belə ki, ABŞ ilə Çin arasında ticarət böhranı fonunda danışıqlar keçən həftədən yenidən bərpa edilib və cümə günü prezidentlər arasında böyük görüş gözlənilir. Maliyyə bazarlarında ümidlər artıb. Beləliklə, 1.14$-ın qırılma üzrə olduğu EUR/USD məzənnəsi, 1.1422$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın iqtisadi inkişaf və cümə günü saat 13:00-da Avrozonanın inflyasiyasına dair önəmli fundamental məlumatlar açıqlanacaqdır. GBP GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.2813$-a kimi bahalaşa bilər. Cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin iqtisadi inkişafı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir. Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır. TRY USD/TRY məzənnəsi 5.73TL-də dəstək görərək 5.81TL-yə kimi bir dəhliz daxilində ticarət edilməkdədir.