Məşhur Hollivud ulduzunun evinə oğru girdi


Digərləri 24 İyn 2019 09:44:00 295 0

Məşhur Hollivud ulduzunun evinə oğru girdi

Məşhur Hollivud ulduzu Helli Berrinin Los-Ancelesdəki evinə oğru girib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 59 yaşlı Ronald Yevgeni Griffin adlı oğru 52 yaşlı aktrisanın mülkünün ona aid olduğunu göstərən saxta sənəd düzəldib. Yanvar ayında evin ətrafında görünən oğru polisə xəbər verildikdən sonra yoxa çıxıb.

Mart ayında geri qayıdan Qriffin bu dəfə yanında çilingər də gətirib. Onlar evin kilidlərindən birini dəyişməyə cəhd ediblər. Bu zaman evin işçiləri onları görüblər və polisə xəbər veriblər. Qriffin isə polisə işçilərin mülkə icazəsiz girdiyini deyərək saxta sənədləri göstərib. Sənədin saxta olduğu üzə çıxdıqdan sonra Qriffin həbs edilib. Helli Berri polisə Qriffini tanımadığını, evinə girməsi üçün icazə vermədiyini deyib.

Qriffin isə ifadəsində bildirib ki, evin Helliyə məxsus olduğunu bilməyib. Sadəcə evi bəyəndiyi üçün mülkü hədəfə götürüb.