Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır


Digərləri 24 İyn 2019 09:27:00 205 0

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

V qrupa aid "Musiqi sənəti" ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları "Musiqi məktəbi-məzun" sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, məlumatları "Musiqi məktəbi-məzun" sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.