Qonşu ölkədən meyvə ixracı azalır


Digərləri 24 İyn 2019 09:02:36 167 0

Qonşu ölkədən meyvə ixracı azalır

Bu il İranın meyvə ixracı azalacaq.

Bakı. Elnur Bağışov - Bu il İranın meyvə ixracı azalacaq. Trend-in məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Məhsulları Milli Birliyinin sədri Rza Nurani deyib. R.Nuraninin sözlərinə görə, İranın göyərti və tərəvəz məhsullarının ixracı isə artacaq: "Kənd təsərrüfatı məhsulları xüsusi soyuducularla təchiz olunmuş münasib nəqliyyat xidmətindən məhrumdur. Bu məsələ ixrac bazarının inkişafının qarşısını alır. Yerli və xarici bazarlarda kənd təsərrüfatı məhsulları ilə bağlı tarazlığın yaradılması məhsul ixracı ilə əlaqədar infrastrukturların inkişaf etdirilməsini tələb edir”.