Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır


Digərləri 24 İyn 2019 09:08:00 199 0

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər

Bakı. V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.