Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var


Digərləri 24 İyn 2019 08:35:16 192 0

Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var

Banqladeşin şərqindəki Maulbibazar ərazisində sərnişin qatarının relslərdən çıxması nəticəsində ən azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb

Bakı. Banqladeşin şərqindəki Maulbibazar ərazisində sərnişin qatarının relslərdən çıxması nəticəsində ən azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə yerli qəzet "Daily Star" bildirib. Nəşrdə bildirilir ki, Silhet şəhərindən paytaxt Dəkaya qədər gedən "Upaban Express" qatarının vaqonlarından biri relslərdən çıxaraq kanala düşüb, digər iki vaqon isə kanalın sahillərinin yaxınlığında düşüb. Bir neçə vaqon relsdən çıxıb.