Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub


Dünya 24 İyn 2019 07:35:00 252 0

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub

Səudiyyə Ərəbistanın Abha şəhərində yerləşən beynəlxalq hava limanı atəşə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan biri isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata əsasən, Abhada yerləşən hava limanına Yəməndən "Ənsar Allah" (husilər) hərəkatından üsyançılar tərəfindən buraxılmış pilotsuz uçuş aparatı hücum edib.

Qeyd edəki ki, husilər "Al Masira" telekanalı vasitəsilə Abha və Cizan hava limanlarına zərbələr endirdiklərini bildiriblər.