Tbilisidə kütləvi etiraz aksiyaları DİNin binası qarşısında davam edəcək


Digərləri 24 İyn 2019 07:48:00 280 0

Tbilisidə kütləvi etiraz aksiyaları DİNin binası qarşısında davam edəcək

İyunun 23-də Tbilisidə parlamentin binası qarşısından keçirilən mitinqdə yeni qərar qəbul olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qərara əsasən etiraz aksiyası iyunun 24-də Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) qarşısında keçiriləcək.

Həmin gün aksiya iştirakçıları saat 14:00-da Birinci Respublika Meydanından avtomobillərlə nazirliyin binasına qədər yürüş edəcəklər. Daha sonra DİN-in qarşısında aksiya davam edəcək.

Aksiyada Daxili işlər naziri Qeorqi Qaxarianın istefası tələb olunacaq.

Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.