Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var


Dünya 24 İyn 2019 07:21:00 218 0

Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var

Yunanistanın şimalındakı Kozani şəhərinin yaxınlığında avtomobil altı velosipedçidən ibarət qrupun üstünə sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Ptolemaida-Ardassa avtomobil yolunda baş verib.

Məlumata əsasən, iki velosipedçi həlak olub, dördü ağır yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.