Alimlərdən yeni kəşf


Digərləri 24 İyn 2019 05:30:00 191 0

Alimlərdən yeni kəşf

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin genetika İnstitutunun alimləri yeni kəşfin nəticələrini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, aqressiv davranışlara meyllilik genetik ola bilər.

Mütəxəssislər siçanlar üzərində təcrübə aparıblar. Gəmiricilər iki qrupa bölünüb. Dişi siçanları balalarından sutkada üç saat ayırıblar. İkinci qrupu isə ayırmayıblar. Sonra hər iki qrupun balası böyüyərək ana olub. Alimlər yenə də iki qrupa ayırıblar və təcrübə aparıblar. Məlum olub ki, valideynlərindən ayrı düşən ikinci nəsil siçanlar daha aqressivdirlər.

Alimlərin fikrinə görə, bu tip qanunauyğunluq insanlar arasında da müşahidə edilə bilər. Amma bu yöndə hələ təcrübə aparılmayıb.