Abidənin üzərində niyə səhv yazılıb?


Digərləri 23 İyn 2019 23:41:00 277 0

Abidənin üzərində niyə səhv yazılıb?

Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun paytaxtın Xətai rayonunda yerləşən abidəsi üzərində yazılanlar onu oxuyanların diqqətini çəkir. Buna səbəb yazının səhv olmasıdır. Həmin ərazidə yaşayanlar abidənin uzun müddətdir burda olduğunu bildirir və səhvin düzəldilməsini istəyirlər. Aidiyyatı qurumlar isə məsələnin araşdırılacağını bildirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "2-ci dünya müharibəsində Ukrayna, Belorusiya, Moska və Stalinqrad uğrunda gedən döyüşlərdə özünü mahir sərkərdə kimi göstərmişdir."

Təbii olaraq hamıya məlumdur ki, bu abidənin üzərində ''Moska'' sözü yox Rusiyanın paytaxtı Moskva şəhəri qeyd edilməli idi. Həzi Aslanovun abidəsinin önündə belə bir səhvin olması insanları təəccübləndirir.

Görüntülər payataxtın Xətai Rayonu Həzi Aslanov qəsəbəsində yerləşən kiçik parkdan, Sovet İttifaqi Qıhrəmanınınabidəsinin üzərindəndir. Buradakı səhvi yazını oxuyan hər kəs rahatlıqla müəyyən edə bilir.