Uşaqların sümüklərini möhkəmləndirəcək


Digərləri 23 İyn 2019 23:15:00 199 0

Uşaqların sümüklərini möhkəmləndirəcək

Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır. Son.az gencaile.az-a istinadən bildirir ki, kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü

Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.

2. Süd və süd məhsulları

Daha böyük uşaqların rasionuna daim süd və süd məhsulları əlavə etmək lazımdır. Əgər uşağınızda südə qarşı allergiya və ya xüsusi dözümsüzlük yoxdursa, uşağa 1 yaşından başlayaraq hər gün südlü sıyıqlar, südlü kokteyllər, südlü kisel və s. vermək lazımdır.

Əgər uşaqda süd məhsullarına qarşı fərdi dözümsüzlük və ya allergiya varsa, bu halda uşağa kəsmik, şor, qatıq, xama, pendir , yoqurt kimi məhsulları vermək lazımdır.

Çalışın uşağa təbii süd və süd məhsulları (kənd südü, qatığı, şoru və s.) verin. Dükanlarda satılan və xüsusilə saxlama müddəti uzun olan belə məhsulların tərkibində külli miqdarda konservantlar və s. ziyanlı maddələr var.

3. Balıq

Uşağın 10-11 ayından başlayaraq onun rasionuna balıq əlavə etmək lazımdır (allergiya yoxdursa). Balıq sümüklər üçün çox vacib olan kalsium və fosfor elementləri ilə zəngindir. Bundan əlavə balıq D vitamini ilə zəngindir ki, bu vitamin orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır.

4. Gün şüaları

Hər gün uşaq 1,5-2 saatdan az olmayaraq açıq havada olmalıdır. Gün şüaları təsirindən insan orqanizmində D vitamini istehsal olunur.