ATV aparıcını təmtəraqla yola saldı FOTO


Digərləri 23 İyn 2019 23:16:00 242 0

ATV aparıcını təmtəraqla yola saldı  FOTO

"ATV xəbər"in aparıcısı Ceyhun Səfərov işindən ayrılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə telekanalın saytı məlumat yayıb.

Bildirilir ki, Səfərov bundan sonra dövlət qurumlarından birində çalışacaq.

Ceyhun Səfərov telekanalda uzunmüddətli uğurlu fəaliyyətinə görə  "Azad Azərbaycan" MTRK-nın rəhbərliyinin təşəkkürnaməsini alıb.

Bununla əlaqədar Xəbərlər departamentinin işciləri ilə telekanalda yığıncaq keçirilib. Telekanalın prezidenti Azər Xəlilov qeyd edib ki, Ceyhun Səfərov ATV-də fəaliyyəti dövründə yüksək jurnalist peşəkarlığı ilə seçilib. Göstərilən diqqətə və fəaliyyətinə verilən böyük qiymətə görə Ceyhun Səfərov kanalın rəhbərliyinə təşəkkürünü bildirib.


Xəbərə aid fotolar