Kiçik maqnit ən güclü maqnit sahəsi rekordunu qırdı


Digərləri 23 İyn 2019 23:05:00 243 0

Kiçik maqnit ən güclü maqnit sahəsi rekordunu qırdı

Bir tualet kağızı rulonunun yarısı qədər olan bir maqnit, dünyanın ən güclü maqnit sahəsi adını əlinə keçirməyi bacardı.

Dünyanın ən güclü maqnit sahəsi adı, son 20 ildir Florida Dövlət Universitetinin Milli Yüksək Maqnit Sahəsi Laboratoriyasında olan nəhəng bir metal çubuğa aid idi. Daha əvvəl də olduğu kimi rekord yenidən qırıldı və bu dəfə bu adı alan kiçik bir maqnit oldu.

Nature jurnalında nəşr olunan məqaləyə görə MagLab-da işləyən elm insanları, elektromaqnitləri çox daha qüvvətli bir formada yaratmağın və daha fərqli məqsədlərlə də istifadə edə bilməyin bir yolunu tapdılar.

MagLab mühəndislərindən Sonqyonq Han, yeni bir qapı açdıqlarını ifadə edərək belə deyib: "Bu texnologiya, yığcam quruluşu sayəsində yüksək sahə tətbiqləri üçün üfüqü tamamilə dəyişdirə biləcək potensiala malikdir". Araşdırmaçının fikrinə görə bu maqnit, öz sahəsində elektronik sahəsində silikonun etdiyi təsirə bənzər bir təsir yaradacaq.