Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub


Digərləri 23 İyn 2019 23:00:00 187 0

Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında üç həftə ərzində kəskin ensefalit xəstəliyindən ölənlərin sayı 145 nəfərə çatıb

Bakı. Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında üç həftə ərzində kəskin ensefalit xəstəliyindən ölənlərin sayı 145 nəfərə çatıb. Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndia Today jurnalı məlumat yayıb. Ən çox ölüm halları isə Muzaffarpur şəhərində qeydə alınıb. Hazırda ştatın xəstəxanalarında ensefalit xəstəliyindən 600-yə yaxın uşaq müalicə alır, onların bəzilərinin vəziyyəti çox ağır qiymətləndirilir. Həkimlər kəskin ensefalit xəstəliyinin artmasına regionda davam edən yüksək rütubətli anormal istilərin səbəb olduğunu bildirirlər. Bu xəstəliyə ən çox 15 yaşınadək uşaqlar tutulur.