Aristotel və Əflatun faizin əleyhinə çıxış edirdilər


Digərləri 23 İyn 2019 22:50:00 224 0

Aristotel və Əflatun faizin əleyhinə çıxış edirdilər

Qədim Hindistanda bank olmadığı üçün xalq pulunu evlərinin zirzəmilərində və ya gizli yerlərində qoruyurdu. Qoruma gücü olmayan isə əlindəki pulu qoruması üçün bir dostunun yanında əmanət qoyurdu. Tacirlər Buddizm dövründə əllərində olan qiymətli sənədləri mübadilədə istifadə üçün bank sisteminin yaranmasını təmin etdilər. Hindistanda götürülən kredit 18 faizlə verilirdi.  

Son.az faktxeber.com-a istinadən bildirir ki, Meqasfen belə deyir: "Hind xalqı nə borc almağı bilir, nə də pulunu sələmə verməyi! Bir hindlinin səhv etməsi gözlənildiyindən fərqli idi. Buna görə də hindlilər hər hansı bir müqavilə bağlamadıqları kimi, girova da ehtiyac duymurdular. Hind xalqı topladığı pullarını mübadilə və iqtisadi bir müqavilədə istifadə etmədiyi halda, onları gizli yerdə saxlamaq məcburiyyətində qalırdı və ya onunla dəyərli sayılan zinət əşyaları almağı üstün tuturdu. (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 586 və 587)

Brahmanın etirazına baxmayaraq, kredit vermək adəti yavaş-yavaş yayılmağa başladı. Kredit alındıqda faizin miqdarı adətən 20% olurdu. Ancaq bu, kredit alan qəbilənin vəziyyətinə görə 12-60% arasında dəyişirdi.

Kredit alan şəxs borclardan xilas üçün iflas olduğunu desə belə, bu onu xilas edə bilmədiyi kimi, öləndə də onun uşaqları və altı nəslə qədər borclu şəxsin borclarını ödəmək məcburiyyətindəydi. (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 686)

Qədim Çində dəyəri olan kağızların işlədilməsi və sikkələrin genişlənməsi, mübadilə işini asanlaşdırırdı. Çin tacirləri 36 faizlə bir-birinə kredit verirdilər. Sələmçilər dözdükləri çətinliklərə və təhlükələrin dərəcəsinə görə kredit götürən şəxsdən faiz alırdı. Onlar yalnız borc və kreditə ehtiyac hiss edilən dövrlərdə xalqın yanında nüfuza malik idi. Qədim Çin atalar sözündə belə deyilirdi: "Böyük oğrular sərraflıq edər." (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 1051)

Yunanlarda faiz

Qədim yunan filosoflarının çoxu faizi pis bir şey hesab edirdi. Əflatun faizi "Qanun" adlı kitabında qadağan etməyi irəli sürüb və belə yazıb: "Heç kim öz qardaşına faizlə borc vermək hüququna malik deyil". Əflatun borclunun ehtiyacı vəziyyətində borcunu ödəməmək hüququna malik olduğunu da söyləyib. (Baqir Qadiri Asli, "Seyr-i əndişe-yi iqtisadi", s. 9; Məhəmməd Əbu Zuhri, "Buhusun fi'r-riba, s. 12)

Əflatun deyirdi: "Pul və fəzilət bir tərəzinin iki gözü kimidir. Tərəzinin bir tərəfinin yuxarı qalxması, digərinin isə aşağıda düşməməsi mümkün deyil."

O, pul və sərvətə bağlanmağın pis şey olduğunu bildirib və sələm yeməyi qadağan etməyin vacibliyini irəli sürüb. Əflatun deyirdi: "Qızıl və gümüş sikkəyə meyl əvəzinə, öz uşaqlarınıza fəziləti miras qoyun."

Əflatunun tələbəsi olan Aristotel də sələmin ən böyük müxalifətlərindən olub. Onun fikrincə, pul mübadilə üçün vasitədən başqa bir şey deyil və cəmiyyətdə mübadilə prosesini asanlaşdırmaq üçün istifadə edilməlidir: "Pulu borc kimi verib, əvəzində qazanc üçün faiz almaq anormal haldır. Çünki pul öz halında məhsuldar deyil, əksinə qısırdır. (Həsən Məhəmməd Təqi Cəvahiri, "Ər-Ribau fiqhiyyən və iqtisadiyyən, s. 322 ve 323)