Kompyuter oyunları artıq çəkinin yığılmasına səbəb olur


Digərləri 23 İyn 2019 22:25:00 295 0

Kompyuter oyunları artıq çəkinin yığılmasına səbəb olur

Monitor arxasında keçirilmiş uzun saatlar insan üçün bəzən xeyirli, ümumilikdə faydalı olmasa da, artıq çəkinin yığılmasına səbəb olur.

"Deyerler.org"un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Almaniyanın Vyurtsburq və Avstraliyanın Linsk Universitetinin alimləri bildirir ki, kompyuter qarşısında vaxtlarını keçirən uşaqlar əsasən yuxu qıtlığından və ziyanlı qıdaların qəbulundan artıq çəki yığır.

Alimlər 38 min insanın oyun fəaliyyəti haqqında məlumat təqdim edən 20 tədqiqat işini təhlil etmişdir. Araşdırma zamanı yalnız ekran qarşısında oynanılan qeyri-aktiv oyunlar nəzərə alınmışdır.

Alimlər, monitor qarşısında oynanılan oyunların uşaqlara dolayısı təsirlərini aşkar etmişdir. Oyun oynayan uşaqlar çox oturur, az yatır, ziyanlı qidalardan istifadə edir və idmanla az məşğul olur. Bu da bir mənalı olaraq çəkinin artmasına gətirib çıxardır.