"Boko Haram"ın 42 üzvü məhv edilib


Dünya 23 İyn 2019 21:56:00 221 0

"Boko Haram"ın 42 üzvü məhv edilib

Nigeriyada "Boko Haram" radikal qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bir sıra Afrika ölkələrinin birgə qüvvələrinin iştirak etdiyi əməliyyatda 42 silahlı məhv edilib.

Bundan əlavə, əməliyyat zamanı 1 əsgər ölüb, 12-si isə yaralanıb.

Qeyd edək ki, "Boko Haram" radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir.