Cəmiyyətin dəyər mehvəri


Digərləri 23 İyn 2019 21:40:00 241 0

Cəmiyyətin dəyər mehvəri

Hər cəmiyyətin mehvəri həmin cəmiyyətin dəyəri sayılır və cəmiyyəti formalaşdıran da məhz odur! Əgər cəmiyyətin dəyər mehvəri maddi mənafedirsə, onun bütün proqramları həmin mehvər ətrafında dolanacaqdır; təlim-tərbiyə, idarə və təşkilatlar, kitablar, mətbuat, kütləvi informasiya vasitələri, filmlər, sənət mərkəzləri, idman sistemləri və s. proqramlarda yalnız maddi mənafe məqsədi güdüləcəkdir. Bunun əksinə olaraq, bir cəmiyyətin mehvəri təqva olarsa, onun bütün məram və proqramları da təqva rənginə boyanacaqdır. Bu zaman insan kəraməti özünü büruzə verəcəkdir.

Son.az maide.az-a istinadən bildirir ki, ilahi peyğəmbərlərin mühüm vəzifəsi mehvərləri dəyişmək idi, şeytan və şeytansifət insanların işi isə dəyərli mehvərləri məhv etməkdir. Elə bu səbəbdən də, onlar camaata təlqin etmək istəyirlər ki, həyatda əsas məqsəd mənəviyyat və axirət aləmi yox, iqtisadi və maddi mənafedir!

İslam Peyğəmbəri (s) peyğəmbərliyə seçilərək cəmiyyətə hakim mehvərləri dəyişdikdə, onun məhsulları da dəyişildi. Artıq, İslam dinindən əvvəl Əbu Süfyan və Əbu Cəhl kimi alçaq və səviyyəsiz şəxslərlə fəxr edən bir cəmiyyət yeni məhsullar əldə edərək İmam Əli (ə), Miqdad və Əbuzər kimi misilsiz şəxslərlə fəxr etməyə başladılar. İmam Əli (ə) bir hədisdə belə buyurur:

وَ لا تَضَعُوا مَنْ رَفَعَتْهُ التَّقْوى‏، وَ لا تَرْفَعُوا مَنْ رَفَعَتْهُ الدُّنْيا، وَ لا تَشيمُوا بارِقَها، وَ لا تَسْمَعُوا ناطِقَها، وَ لا تُجيبُوا ناعِقَها

"Təqvanın ucaltdığı şəxsi alçaltmayın və dünyanın qaldırdığı şəxsi qaldırmayın (yüksək məqam sahibi hesab etməyin). Dünyanın bərbəzəklərinə göz dikməyin. Sizi dünyaya rəğbətləndirən şəxsə qulaq asmayın və səsinə cavab verməyin." ("Nəhcül-bəlağə", xütbə 191.)