Bentley Pikes Peak dağına çıxmaq üçün xüsusi kupe hazırlayıb FOTO


Digərləri 23 İyn 2019 21:30:00 237 0

Bentley Pikes Peak dağına çıxmaq üçün xüsusi kupe hazırlayıb  FOTO

Bentley markası Pikes Peak yarışlarının ən yeyin seriya avtomobili adına iddialı olan Continental GT kupesinin xüsusi versiyasını təqdim edib. Kupe dağa dırmanan Bentley modellərinə xas olan ənənəvi yaşıl-limon Radium rənginə boyanıb, "Payks Pik" dağının və oradakı trasın sxematik təsviri olan qrafika ilə bəzədilib.

Son.az autograph.az-a istinadən bildirir ki, dağa sürətlə dırmanma yarışları 30 iyun tarixində baş tutacaqdır. Bu yarışlarda iştirak edəcək avtomobil qismində 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilmiş Bentley Continental GT kupesi seçilib. Səkkiz diapazonlu avtomatik qutu ilə təchiz edilmiş kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 333 km/saatdır.

Şirkətin 100 illik yubileyinin şərəfinə 100 nömrəsi alan kupe intensiv sınaqlardan keçmiş, yüksəkliyin kəskin dəyişməsinə və oksigen qıtlığına qarşı hazırlıqlıdır. Avtomobilin salonunda pilotun dəbilqəsinə birbaşa hava qarışığını verən sistem də quraşdırılıb. Avtomobili keçən il olduğu kimi Ris Millen idarə edəcəkdir.


Xəbərə aid fotolar