İstanbuldan ilkin nəticələr: İmamoğlu qələbəyə yaxındır


Dünya 23 İyn 2019 21:22:00 233 0

İstanbuldan ilkin nəticələr: İmamoğlu qələbəyə yaxındır

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.

İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbul yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.

Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.