İnsan bədəninin fiziki dayanıqlılıq sərhədi


Digərləri 23 İyn 2019 21:25:00 230 0

İnsan bədəninin fiziki dayanıqlılıq sərhədi

Ortalama bir insan üçün uzun vədədəki dayanıqlılıq sərhədi, bədənin istirahət etmə anındakı maddələr mübadiləsi sürətinin 2,5-qatı və ya gündə 4.000 kalori olaraq təyin olundu.

ABŞ-ın Dyuk Universitetində aparılan araşdırma hamilə qadınların, insan bədəninin dözmə sərhədinə yaxın bir səviyyədə həyatlarını davam etdirdiyini göstərdi.

Araşdırmada əvvəl ABŞ-ın qərb sahili Kaliforniyadan şərq sahilindəki Vaşinqtona qədər, 140 gün davam edən 5.000 kilometrlik yarışa qatılan atletlər analiz edildi.

Atletlər bu müddət boyunca həftədə altı marafon qaçır və elm insanları bunun bədən üzərindəki təsirlərini təsbit etməyə çalışırdı.

Yarış əvvəlində və yarış əsnasında atletlərin istirahət etmə əsansında maddələr mübadiləsinin sürəti qeyd edildi. Buna əlavə olaraq fəaliyyət əsnasında yandırılan kalori təyin olundu.

Science Advances adlı nəşrdə yer verilən araşdırma, enerji istifadəsinin yüksək səviyyədə başladığını, ancaq zamanla, istirahət etmə maddələr mübadiləsi sürətinin 2,5-qatı səviyyədə sabitləndiyini göstərdi.

İdman fəaliyyətinin müddəti və enerji istehlakı arasında əlaqə olduğu, əksər insan öz gücünün kənarında görsə də marafonun insan dözmə sərhədinin çox altında qaldığı müşahidə edildi.