Bürcünüz karyeranıza təsir edirmi?


Digərləri 23 İyn 2019 21:10:00 193 0

Bürcünüz karyeranıza təsir edirmi?

Öz işinizi sevmədiyinizi hiss edirsiniz? Bu o deməkdir ki, siz öz bürcünüzə uyğun olmayan bir sahədə işləyirsiniz. Bu səbəbdən də nə qədər çalışsanız, yüksəlmək istəsəniz də işə olan istəksizliyiniz sizə mane olacaq. Siz və sizinlə eyni düşünənləri ideal karyeralarına qovuşdurmaq üçün astroloq Kelli Fox bürcünüzə uyğun peşə seçməyinizə kömək edəcək. Heç nə üçün hələ də gec deyil:

Qoç bürcü (21 MART - 19 APREL):

Son.az gencaile.az-a istinadən bildirir ki, Qoç bürcündə doğulan insanlar hər zaman lider olmağı sevirlər. Bu səbəbdən də onlar kiminsə tabeliyində işləməkdən, idarə edilməkdən narahat olurlar və qısa müddət ərzində istədikləri mövqedə ola bilirlər. Cəsur olduqları üçün cəsarət tələb edən hər işin öhdəsindən asanlıqla gəlirlər. Tur rəhbəri, şəxsi məşqçi, atlet ya da hər hansı bir idman qurumunda işləməklə çox xoşbəxt və uğurlu ola bilərlər. Həmçinin atdıqları hər addımda zirvəyə daha da yaxınlaşırlar və nəzarət etməyi sevdikləri üçün rəhbərliyi öz əllərində olan işlərdə daha çox uğur qazanırlar.

BUĞA (20 APREL - 20 MAY):

Buğalar olduqca praktikdirlər. İşlədiyiniz yerə "iş yeri" deyilməsində sizin rolunuz böyükdür. Hər an istənilən pozisiyaya keçib, yolunuza sürətlə davam etməkdə çətinlik çəkməzsiniz. Çalışqanlığınız və qərarlı olmağınız sizi güclü bir komanda oyunçusu edər. Lakin işlə bağlı mövzularda inadınıza nəzarət etməli və verəcəyiniz reaksiyalarda diqqətli olmalısınız. Heykəltəraşlıq, dekarator, qida sənayesi sektoru, uğur qazanacağınız sahələrdəndir. Pulla aranız çox yaxşı olduğundan maliyyə sahəsində də işləyə bilərsiniz.

Əkizlər (21 MAY - 20 İYUN):

Hava ünsürü olan Əkizlərin sürətinə çatmaq, onların darıxmağa qoymamaq və diqqətini bir nöqtəyə yönəltmək çox çətindir. Dəyişən hər şeyi sevirlər. Fərqli insanları, çevrəni, yeni proqramları... Dəyişkən olduqları üçün çox sevdikləri bir şeydən tez də bezə bilirlər. Monoton işlərdə uğur qazana bilməzlər. Əkizlərin, ideal karyerası intellektual işlər və ünsiyyətlə bağlı olarsa çox uğurlu olarlar. Məsələn, təhsil və ünsiyyət sahəsində olan işlər əkizlərə daha uyğundur. Eyni zamanda praktik zəkaya sahib olduqları üçün ictimaiyyətlə əlaqələr, reklamçılıq, layihə meneceri kimi peşələrdə işləyə bilərlər.

XƏRÇƏNG (21 İYUN - 22 İYUL):

Xərçənglər, zodiakın ən mərhəmətli bürclərindən biridir. Həm də çox məsuliyyətli olurlar. Xaraktercə, insanlara qayğı göstərən, onlarla maraqlanan biri olduğunuz üçün  problemlərini həll edərək insanları xoşbəxt edəcəyiniz  sahələrdə uğurlu ola bilərsiniz. Bu xüsusiyyətlərinizə görə insan resursları şöbəsinin müdiri, vəkil və ya müəllim ola bilərsiniz. Sağlamlıq mövzusu da sizin üçün önəmli olduğundan dietoloq və ya qida mütəxəssisi kimi bir peşəyə də yiyələnə bilərsiniz.

ŞİR (23 İYUL - 22 AVQUST):

Şirlər hər zaman diqqət mərkəzində olmağı və tanınmağı sevirlər. İnsanlara daha yaxşı olmaqları üçün stimul verirlər. Ona görə də siyasət və müəlimlik onlara daha uyğundur. Üstəlik kollektiv işlərdə nə qədər tələbkar olsalar da, sonda hər kəsin könlünü aldıqları üçün çox yaxşı müdir də ola bilərlər. Bu bürcdə doğulan insanlara uyğun və xoşbəxt olacaqları  sahələr bunlardır: aktyor, musiqiçi,modelyer-dizayner və ya əyləncə sektoru. Lider ruhlu olduqlarına  görə CEO da ola bilərlər.

Qız (23 AVQUST - 22 SENTYABR):

Mükəmməliyətçiliyin digər adının Qız bürcü olduğunu bilirdinizmi? Doğuşdan planlı biri olduğunuz üçün,  işçilərinizin ən yaxşısını gözləyərkən, davranışlarınızda  olduqca praktik və qoruyucu olursunuz. Öz üzərinizdə çox çalışırsınız. İlin çalışqanı mükafatına hər an layiq görülə bilərsiniz. Peşə seçərkən güclü yaddaşınız və mükəmməliyətçi xasiyyətinizi dəyərləndirə biləcəyiniz xidmət sektorunda və ya terapiya sahəsində asanlıqla yüksələ bilərsiniz. Bununla yanaşı redaktor, texnik, tərcüməçi hətta dedektiv belə işləyə bilərsiniz.

TƏRƏZİ (23 SENTYABR - 22 OKTYABR):