Zəngin xanım olmaq üçün 10 taktika


Digərləri 23 İyn 2019 20:10:00 218 0

Zəngin xanım olmaq üçün 10 taktika

Bəzən qazandığımızdan başqa necə gəlir əldə edəcəyimiz barədə düşünürük. Qazanc sözü ilkin olaraq maddi mənada başa düşülsə də, ayrı-ayrılıqda bir neçə mənada istifadə olunur. Qazanmaq, əlinizdə belə bir imkanın olduğu halda istədiyiniz  nəticəni əldə etməkdir. Bəs nəticə əldə edənlər bunu necə bacarıb?

1) Maliyyə cəhətdən daha güclü olmaq üçün qavrama qabiliyyətinizi inkişaf etdirin.

Hər kəsin pulla bağlı düşüncəsi fərqlidir ancaq ehtiyacı olan insanlar pul qazanmağın fərqli yollarını axtarır. Düşüncələrimiz isə bizə daha çox qazanmağımız üçün kömək olur.

2) Doğru insanlarla əlaqə qurun.

Uğurlu insanlar, ətrafında özünü inkişaf etdirmiş, ağıllı insanların olmağını sevir. Məlumatlı olmaq bir yana, təcrübə qazanmaq üçün bu gözəl bir fürsət olacaqdır. Özünü təsdiq etmiş insanla bir yerdə olmaq diqqətli olmağınıza kömək edəcək.

3) Narahatçılığınız, sizə başqa yollar göstərəcəkdir.

İnkişafın bir yolu da maneələri dəf etməyə çalışmaqdır. Uğurlu olmağınız və maddi cəhətdən qazancınızın olmağı  artıq sizin bu sərhədləri aşmağınız deməkdir. Bunun üçün öz rahatlığınızı qurban verməlisiniz.

4) Əlavə gəlir mənbələri əldə edin.

Sahibkarlardan tutmuş varlı insanlara kimi sahib olduqları maddiyyat bir neçə gəlir mənbəyindən keçir. Pulun stabil dövriyyəsi və gəlirinizin ikiqat artması üçün  çoxlu gəlir mənbəyiniz olmalıdır.

İki fərqli gəlir mənbəyi var. Biri işləyərək qazandığınız aktiv gəlir; digəri isə vaxt limiti olmadan yaradılan passiv gəlir.

5) Risk etmək yaxşıdır. Əgər yüz ölçüb bir biçmisinizsə...

Uğurlu insanlar düşünmədən risk etməzlər. Hətta riski azaltmaq üçün əllərindən gələni edərlər. Hər şeyi əvvəlcədən araşdıraraq bir qərar verərlər. Hədəflərinə çatmaq üçün qarşılarına çıxan maneələri dəf etməyin yollarını axtararlar.

6) Özünüzü dəyərli hiss etdirəcək məşğuliyyət tapın.