5G texnologiyası ağıllı saatlara nələr gətirəcək?


Digərləri 23 İyn 2019 19:35:00 319 0

5G texnologiyası ağıllı saatlara nələr gətirəcək?

Daha sürətli və daha sabit bir mobil internet təcrübəsi təmin edəcək olan 5G texnologiyası istifadəçilərin həyatını bir çox nöqtədə asanlaşdıracaq. Mövcud 4G texnologiyasından təxminən 100-qat daha sürətli iş potensialına sahib 5G texnologiyası, ağıllı saatlara da bir çox istiqamətdən müsbət təsir edəcək.

Bəs, 5G texnologiyası sizin ağıllı saatınıza hansı yenilik gətirəcək? Son illərdə hər hansı bir telefona ehtiyac duymadan da işə başlayan ağıllı saatlar böyük potensiala malikdir. 5G texnologiyası da bu potensialla birləşdirilə bilər və ağıllı saatları daha sürətli hala gətirə bilər.

Hamımız bilirik ki, 5G ilə əlaqədar ən əhəmiyyətli şey 4G nəslinə görə nəhəng bir sürət üstünlüyü təmin etməsidir, amma 5G-nin yeganə üstünlüyü bu deyil. 5G daha ağıllı bir texnologiya və sürəti səbəbiylə daha qısa bir gecikmə müddəti təqdim edir, bu sayədə də reaksiya müddəti olduqca sürətlənir. Bu bir telefon üçün, daha aşağı ping dəyəri və ya daha sürətli yüklənən veb saytı mənasını verir. Ağıllı saatlarda isə 5G-nin təqdim etdiyi sürət, məlumat mübadiləsi mənasında olduqca yüksək sürətlərə çıxmamızı təmin edir. Məsələn, xəritə aktuallaşdırmaları və ya addım sayğacını sinxronizə etmək üçün gözləmək lazım olmayacaq.

5G texnologiyası, iki fərqli varianta sahib olacaq. Axış və endirmə üçün yüksək sürətli və yüksək əlaqə genişliyinə sahib variant və daha yaxşı batareya ömürü və daha aşağı güc istehlak edən uzun ömürlü variantdır. Smartfon istehsalçıları ümumiyyətlə ilk variantı seçərkən, ağıllı saat sektorunda ikinci variant çox böyük bir üstünlük meydana gətirir.