Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 18ə çatdı


Dünya 23 İyn 2019 19:36:00 241 0

Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 18ə çatdı

Kambocanın Prea-Sianukvil əyalətinin tikintisi davam edən binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ölənlərin sayı 18 nəfərə, xəsarət alanların sayı isə 24 nəfərə çatıb.

Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə ötən gün yerli vaxtla saat 05:00 radələrində baş verib.