Daha xoşbəxt və sağlam münasibət üçün


Digərləri 23 İyn 2019 19:10:00 259 0

Daha xoşbəxt və sağlam münasibət üçün

İndiki zamanda münasibət qurmaq çox çətin bir hal alıb. Böyüdüyümüz mühit, sahib olduğumuz dəyərlər və həyata baxış bucağımız hər bir insana fərqlilik qatdığı üçün qarışıq vəziyyət yaranır.

Son.az gencaile.az-a istinadən bildirir ki, ona görə də sağlam münasibət qurmaq çox önəmlidir. Texnologiyanın həyatımıza daxil olmasıyla bərabər insanlarda məsuliyyətsizlik də artıb. Buna görə də yaxşı ünsiyyət qurmağı bacaran insanların olduğu mühitdə də dəyəri hiss olunur. Maraqlı və sağlam bir münasibət üçün bəzi ipucları var.

1) İlk öncə özünüzlə xoşbəxt olmağı öyrənin

Əgər siz özünüzü xoşbəxt və hər halınızla qəbul etmirsinizsə, bunu başqalarından gözləməyin. Dəyər və hörmət ilk öncə insanın özündə başlayar çevrəsi ilə davam edər. Münasibətlərinizi daha maraqlı etmək üçün ilk öncə özünüzü qane etməyi bacarın.

2) Dinləyərək və anlayaraq əlaqə qurmağı öyrənin

Dövrümüzün ən böyük problemi, qarşımızdakı insanı lazımı qədər dinləməməyimizdir. Davamlı olaraq fikir bildiririk və qarşımızdakı insana da fikrini ifadə etmək üçün fürsət yaradırıq. Əslində isə kimin nə dediyinə elə də önəm vermirik.

Bu da bizi sağlam münasibətlərdən uzaqlaşdırır. Münasibət qurarkən, qarşınızdakı insanı dinləyin. Bu sizə ya fikir olaraq ya da ya da etmək istəmədikləriniz barəsində qərar verməyinizə kömək olar. Qaşınızdakını qınamadan və sözünü kəsmədən dinləyin.

3) İlk addımı atmaqdan qorxmayın