Məşhurlarımız bu yay harada istirahət edəcək?


Şou-biznes 23 İyn 2019 18:51:00 235 0

Məşhurlarımız bu yay harada istirahət edəcək?

Yay fəsli gələn kimi hamı istirahətə can atır. Kimi xarici ölkəyə üz tutur, kimi də ölkəmizin səfalı guşələrindən birində istirahət edir. Bəs, məşhurlar hansı ölkələrə üstünlük verirlər?

Son.az mövzu ilə bağlı Lent.az-ın sorğusunu təqdim edir:

Murad Dadaşov rayonların birində dincəlmək istədiyini bildirib:

"TV-də bir çox işlərim var. İstirahət etməyə vaxtım yoxdur. Əgər zaman olsa, rayonlarımızdan birində istirahət edəcəm. Bəlkə də yaşla bağlıdır, isti ölkələr, dəniz artıq mənə maraqlı gəlmir. Sərin, dağ ətəyi rayonlarımızda dincəlmək istəyirəm. Vaxt tapan kimi Zaqatalada və ya başqa bir rayonda dincələcəm".

Könül Kərimova isə hələ istirahət edəcəyi yeri planlaşdırmayıb:

"Klip çəkdirirəm yeni mahnım yazılır, ona görə bu dəqiqə istirahət haqqında düşünmürəm. İşlərim bitdikdən sonra yəqin ki, istirahət edəcəm".

Kərim Abbasov Türkiyədə dincəlmək istədiyini söyləyib:

"Hələ dəqiq bilmirəm ancaq Türkiyədə istirahət etməyi düşünürəm. Harada dincəlsəm İnstaqramda görəcəklər".

Günay İbrahimli isə harada istirahət edəcəyinə qərar verməyib:

"Yeni klip çəkdirirəm, təzə mahnılar yazılır - buna görə də, hələki ölkədəyəm. Ancaq işlərim bitdikdən sonra dincəlmək üçün mütləq başqa yerə gedəcəm. Xaricdə dincəlmək istəyirəm amma hansı ölkə olacağına konkret qərar verməmişəm".

Roza Zərgərli də işlə başı qarışan müğənnilər sırasındadır: