Qeyriçimərlik ərazidə 2 nəfər batıb


Digərləri 23 İyn 2019 18:21:00 240 0

Qeyriçimərlik ərazidə 2 nəfər batıb

Qeyri-çimərlik ərazidə 2 nəfər batıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.