İstanbul seçkilərində möhür qalmaqalı ilə bağlı


Dünya 23 İyn 2019 18:10:00 229 0

İstanbul seçkilərində möhür qalmaqalı ilə bağlı

Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbul bələdiyyə seçkilərinin səsverməsi zamanı yaşanan möhür qalmaqallı ilə bağlı qərar verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, YSK üzərində millət vəkili seçkilərində istifadə edilən möhürlü zərflərdəki səslərin də nəzərə alınacağını bildirib.

Xatırladaq ki, zərflərin üzərindəki möhürün millət vəkili seçkilərində istifadə edilən möhür olması CHP-li Mahmut Tanalın diqqətindən yayınmamışdı. Sosial şəbəkədə zərflərin fotosu paylaşıldıqdan sonra CHP İstanbul Hüquq Komissiyası məsələ ilə bağlı Ali Seçki Komissiyasına (YSK) müraciət etmişdi.


Xəbərə aid fotolar