ABŞ və Avropa arasında SSRİ silahları uğrunda çəkişmə davam edir


Dünya 23 İyn 2019 17:49:00 240 0

ABŞ və Avropa arasında SSRİ silahları uğrunda çəkişmə davam edir

Soyuq müharibə dövründə Moskva və Vaşinqton öz tərəfdaş və müttəfiqlərinə aktiv şəkildə maliyyə vəsaitləri ayırırdılar ki, onlar SSRİ və ABŞ istehsalı olan silahları ala bilsinlər. Birləşmiş Ştatlar və Rusiya bu taktikanı indi də davam etdirirlər.

ABŞ konqresində NATO ölkələrinin ordularına dair yeni qanun layihəsi hazırlanıb. Sənəddə NATO üzrə bir sıra müttəfiqlərin silahlı qüvvələrinin modernləşdirilməsi və onların Sovet istehsalı olan silahlardan imtina etməsi üçün maliyyə yardımı mexanizmlərinin yaradılması nəzərdə tutulub.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti mövzu ilə bağlı şərhində yazıb.

Qanun layihəsinin ilk növbədə əvvəllər Varşava Müqaviləsi Təşkilatında üzv olmuş, hazırda NATO üzvü olan və ya alyansa daxil olmağa can atan Şərqi Avropa ölkələrinə hədəfləndiyi aydındır. Bu ölkələrin orduları hələ də Sovet istehsalı olan silahlardan istifadə edirlər. Bu isə o deməkdir ki, onlar Rusiya və digər postsovet istehsalı olan ehtiyat hissələrindən asılıdırlar.

Məsələ bundadır ki, Qərb istehsalı silahlarına tam keçid geniş miqyaslı və baha başa gələn bir işdir. Kasıb və iqtisadiyyatlarında tez-tez böhranlar baş verən Şərqi Avropa ölkələri üçün isə bu daha da çətin bir vəzifədir.

     

Lakin Moskva üçün hazırda Şərqi Avropanın silah bazarı elə də aktual deyil, çünki regionun, demək olar ki,  bütün ölkələri onları şərq qonşuları ilə bağlayan hərbi-texniki bağlardan qurtulmaq istəyirlər. 

Bəs Sovet texnikasını kimin silahları əvəz edəcək?