Hitlerin yəhudi qızla


Dünya 23 İyn 2019 17:07:00 250 0

Hitlerin yəhudi qızla

Ötən il ABŞ-da satılan bir fotoda yəhudi qızı Roza və yəhudi düşməni olan Adolf Hitlerin səmimi görüntüləri təəccüb doğurub.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, şəkli 1933-cü ildə fotoqraf Henrix Hoffman çəkib.

Hitler və yəhudi Roza Bernilenin doğum günləri eyni günə təsadüf edir.

Məlum olub ki, həmin gün Hitlerin Alp dağlarında olan evinin qarşısına böyük bir izdiham toplaşıb. Roza və anası da orada olub.

Hitler Roza ilə doğum günlərinin eyni ayın tarixinə düşdüyünü bildikdə qızı və anasını evə dəvət edərək onlarla səmimi fotolar çəkdirib.

Nasist rəsmiləri Rozanın anası Karolinanın yəhudi olduğunu fərq edib, bu haqda Hitlerə bildiriblər. Ancaq Hitler əhvalını pozmadan Roza ilə dostluq etməyə başlayıb. Hətta birlikdə çəkdirdikləri fotoqrafa "Sevgili Roza Nienau, Adolf Hitler, 16 aprel 1933 Münhen" sözlərini yazaraq kiçik qıza hədiyyə də göndərib.


Xəbərə aid fotolar