Həddən artıq mehriban ayını turistlərə görə öldürdülər


Dünya 23 İyn 2019 16:25:00 229 0

Həddən artıq mehriban ayını turistlərə görə öldürdülər

ABŞ-ın Oreqon ştatı, Vaşinqton dairəsində insanlarla münasibətdə "həddən artıq mehriban" olan qara ayı balası öldürülüb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iyunun ortalarıında iki ziyarətçi Skoggins-Velli parkının nümayəndələrinə qara ayı gördüklərinə dair zəng vurub. Ştat rəhbərləri turistlərə "ayı balasının ürəyəyatan" görünüşünə aldanıb ona yaxınlaşmamaları və onunla "selfie" çəkməmələrinə dair xəbərdarlıq edib. Buna baxmayaraq, bir neçə şəxs ayı ilə şəkil çəkdirib və ona yemək verib.

​Daha sonra hadisə yerinə bioloqlar Kurt Laysans (Kurt License) və Duq Kitçen (Doug Kitchen) gəliblər. Onlar ayını tutub başqa yerə köçürməli imişlər. Bioloqlar 45 kiloqramlıq ayı balasını turistlərin verdiyi qarğıdalı və günəbaxan dənələrini yediyi məqamda aşkarlayıblar. Onları görən heyvan qorxub, qaçıb. Bioloqlar ayını haqlayaraq  öldürüblər.

Bioloq Laysans bildirib ki, heyvanları yemləmək pis ideyadır: "Onlar özlərinin qayğısına qala bilirlər". O izah edib ki, ayını bir dəfə yemləyən kimi heyvan insanı yeməklə assosiasiya edir və böyük ehtimalla gələcəkdə onlara hücum edəcək.