Dəfnə yarpağının MİNİLLİK SİRRİ


Digərləri 23 İyn 2019 15:35:00 262 0

Dəfnə yarpağının MİNİLLİK SİRRİ

Xalq təbabətində və Şərq mətbəxində geniş istifadə olunan dəfnə yarpağının insan orqanizminə saysız faydası var.

Son.az Publika.az-a istinadən xəbər verir ki, dəfnə yarpağından müxtəlif yeməklərin, turşu və kompot, tomat və şərbətlərin hazırlanmasında istifadə olunur.

Dəfnə yarpağı antioksidant, analgetik, iltihab əleyhinə xüsusiyyətlərə sahibdir. Xüsusilə, kosmetika sektorinda geniş istifadə olunan dəfnə yarpağı krem, sabun və şampun kimi məhsullarən xam maddəsidir. Dəfnə ağacı hər mövsümdə yaşıl qaldığı üçün Antik Yunan-Roma mədəniyyətində ölümsüzlük iksiri kimi qəbul edilib.

Dəfnə yarpağının faydaları

- Dəfnə yarpağının çayı tənəffüs sisteminin üst orqanları xəstəliklərində istifadə olunur. Yüksək analgetik (ağrıkəsici) xüsusiyyəti olan dəfnə boğaz infeksiyalarına səbəb olan hüceyrələri azaldır. Bəlğəmsökücüdür. Bir fincan suyun içinə 2 ədəd dəfnə yarpağı atıb 5 dəqiqə dəmləyin. 1 dəqiqə soyutduqdan sonra 1 çay qaşığı bal əlavə edib için.

- Kəskin temperatur zamanı 5 fincan suyun içinə 10 ədəd yarpaq əlavə edib qaynadın. Daha sonra ilıqlaşdırıb təmiz dəsmalı içinə batırın. Sinə, ənsə və alın nayihələrinə kompres edin.

- Qida maddələrinin qalıqlarından böyrəklərdə yığılan daşların düşməsində effektivdir. Qaynar suyun içinə 4 ədəd dəfnə yarpağı atın. Gündə bir dəfə bu sudan için. Hər gün bir fincan 1 qəbul edilən bu çay daşların əriməsinə və məsamələrdən çıxmasına kömək edəcək.