Bakıda dəhşətli ailə faciəsi "Mənə hörmət etmirsən", dedi və öldürdü


Kriminal 23 İyn 2019 14:53:00 246 0

Bakıda dəhşətli ailə faciəsi  "Mənə hörmət etmirsən", dedi və öldürdü

İyunun 20-dən 121-nə keçən gecə Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı vəfat edib. 

Son.az Publika.az-a istinadən xəbər verir ki, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin Ədalət oğlu törədib. Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.