Ərdoğan İstanbulda təkrar bələdiyyə seçkilərində səs verib


Digərləri 23 İyn 2019 13:33:46 191 0

Ərdoğan İstanbulda təkrar bələdiyyə seçkilərində səs verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib

Bakı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib. Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir. Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir. Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.