Türkiyənin tanınmış aktyoru vəfat etdi


Dünya 23 İyn 2019 13:22:00 219 0

Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru Enis Fosforoğlu vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, 71 yaşlı aktyor infarkt səbəbindən evində həyatını itirib.

"Hababam sinfi sinifdə qaldı", "Qurdlar vadisi Pusu", "Arxa küçələr" və bir çox məşhur film, tamaşa, seriallarda rol alan "Yaşıl şam"ın tanınmış aktyoru teatr rəhbəri, ssenarist, rejissor kimi də fəaliyyət göstərib.

Aktyor sabah İstanbulda dəfn olunacaq.