Binəli Yıldırım bələdiyyə seçkilərində səs verdi


Dünya 23 İyn 2019 13:15:00 197 0

Binəli Yıldırım bələdiyyə seçkilərində səs verdi

Ədalət və İnkişaf partiyasından İstanbulun meri vəzifəsinə namizəd Binəli Yıldırım təkrar bələdiyyə seçkilərində səs verib.

Son.az Trend-ə istinadən bildirir ki, B.Yıldırım səs verdikdən sonra jurnalistlərə açıqlama da verib.

B.Yıldırın bildirib: "Bu gün söz haqqı İstanbul xalqınındır. Onlar bu gün öz seçimlərini edəcəklər".

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.