Rayondan qayıtdı, hamamda yad kişi tutdu, sonra arvadının...
Kriminal 23 İyn 2019 13:07:00 233 0
Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mövlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Son.az Publika.az-a istinadən xəbər verir ki, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə Samux rayonuna gedib.
Daha sonra Mövlan Samux rayonunda qayınatasına məxsus avtomaşını başqa bir avtomobillə dəyişib və həmin gün yaşadığı evə qayıdıb. Evin həyətinə daxil olanda həyat yoldaşı Nübar Əliyeva həyəcanlı halda qarşısını kəsərək onu həyətdəki istilikxanaya aparmaq istəyib.
Qısqanclıq
Həmin vaxt Mövlan Məmmədov qəflətən arxaya baxıb və bu zaman qonşusu Eynur Xəlilovun əlində qarpız hamamdan çıxdığını görüb. Mövlan Məmmədov arvadının Eynurla gizli görüşməsindən şübhələnib. Bu səbəbdən Mövlan Məmmədov Gəncə şəhərində yerləşən "Azərcell" mobil operatorunun ofisinə müraciət edib və yoldaşının işlətdiyi mobil nömrədən gedən zənglərin və SMS-lərin çıxarışını alıb.
Təhdid dolu SMS-lər
Həmin zənglərə və SMS-lərə baxan zaman avqustun 12-də, saat 22.15-də Eynur Xəlilova məxsus mobil nömrəyə SMS getdiyini görüb. O, Eynur ilə arvadı Nübar Əliyeva arasında yaxın münasibətin mövcudluğuna əmin olub. Bu səbəbdən Mövlan Məmmədov Eynur Xəlilovu q öldürmək qərarına gəlib. Mövlan Məmmədov Eynur Xəlilova zəng edərək telefonda "səni yaşatmayacağam", - deyib və sonra atası Fərrux Məmmədova məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən evə gəlib.
Əlbəyaxa dava
O, Eynur Xəlilovu hədələməsi barədə onun valideynlərinə məlumat verib. Sonra məsələni aydınlaşdırmaq məqsədilə öncə Eynur Xəlilovun atası Bəhlul, arxasınca isə anası Ziyafət Xəlilova onlara gəlib. Hər iki ailə arasında qarşılıqlı mübahisə yaranıb. Səs-küyə küçəyə çıxan Eynur Xəlilov Mövlan Məmmədovun əlində bıçaq orada olduğunu görüb. Eynur Mövlan Məmmədova yaxınlaşıb və onların arasında əlbəyaxa dava baş verib.
Bu zaman Mövlan Məmmədov özündə olan bıçaqla Eynur Xəlilova ardıcıl olaraq 4 zərbə vurub. Eynur Xəlilov özünü müdafiə edib, sonra Könül Əliyev, Nəhayət Şahverdiyeva və Kifayət Hüseynova onları aralayıb.
İki maddəli cinayət işi
Eynur Xəlilova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Mövlan Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
İstintaq orqanı tərəfindən Mövlan Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
"Öldürmək niyyətim olmayıb"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mövlan Məmmədov bildirib ki, Eynuru sözlə hədələsə də, onu öldürmək niyyəti olmayıb: "Eynuru öldürmək üçün mənə heç bir şey mane olmayıb. Eynur bizim evimizdə anama, daha sonra mənə hücum edərək vurduğu üçün məcburiyyət qarşısında qalaraq bıçaqla onu vurmuşam. Etdiyim əməldən peşmanam, zərərçəkmiş tərəflə barışmışam, iki azyaşlı uşağımın olmasını nəzərə alınmasını xahiş edirəm".
"Məndən əl çəkməsini tələb etdim"
İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eynur Xəlilov bildirib ki, noyabrın 9-da, saat 14-də Şəmkir rayonu Qapanlı kəndində Zakir adlı şəxsin həyətində xurma qablaşdırarkən tanımadığı nömrədən bir nəfər qadın ona zəng edib və kim olduğunu soruşub: "Bəhlulun oğlu Eynur olduğumu dedim. Bu zaman zəng edən qadın dedi ki, Mövlanın bacısı Nəhayətəm, gəlirəm səni döyməyə. Nəhayətdən məndən əl çəkməsini tələb etdim. Bundan sonra yaşadığım evə getdim. Atam Bəhlula və anam Ziyafətə Nəhayətin zəng edərək mənə dediklərini danışdım. Atam sözümü ciddiyə almadı. Bildirdi ki, yəqin kimsə səninlə zarafat edir, get, işinlə məşğul ol".