ABŞda qadınlar üçün cinsi istəyi artıran dərman kəşf edildi


Digərləri 23 İyn 2019 12:25:00 335 0

ABŞda qadınlar üçün cinsi istəyi artıran dərman kəşf edildi

ABŞ-da menopoz dövründən əvvəl qadınlarda cinsi istəyi artıran dərman kəşf edilib.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, "Palatin Technologies İnc" və "Amag Pharmaceuticals İnc" şirkətləri tərəfindən istehsal edilən dərmanın adı "Vyleesi"dir və artıq satışa icazə verilib. Ehtimal edilir ki, "Qadın viaqrası" adlandırılan bu dərman bazara çıxdıqdan sonra il ərzində 1 milyard dollar gəlir gətirəcək.

Bu dərmanın qadınlarda azalan libidonu artıracaq. Bu dərman cinsi əlaqədən 45 dəqiqə əvvəl qadının qarın bölgəsinə iynə vasitəsilə yeridiləcək. Dərman insan beynindəki cinsi istəyi artırır.

Qeyd edək ki, həkimlər dərmandan gündə 1 dəfə, ay ərzində isə 8 dəfə istifadə etməyi məsləhət görürlər.