Azərbaycanda ən çox maaşı kimlər alır?


Digərləri 23 İyn 2019 12:04:00 316 0

Azərbaycanda ən çox maaşı kimlər alır?

2019-cu ilin yanvar-aprel aları ərzində Azərbaycanda ən çox maaş alanlar məlum olub.

Son.az Yenisabah.az-a istinadən xəbər verir ki, ölkədə dövlət sektorunda ən çox maaşı maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar alır. Belə ki, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 1 497,1 manatdır.

Dövlət sektorunda ikinci ən çox maaş mədənçıxarma sənayesində verilir. Bu sahədə orta aylıq nominal əməkhaqqının məbləği 1 405,7 manat təşkil edir.

Adı çəkilən sektorda çalışanlar arasında növbəti ən çox maaş alanlar, nəqliyyat və anbar təsərrüfatı sahəsində çalışanlardı. Bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqı 820,6 manatdır.

Özəl sektora gəlincə isə burda dövlətdən fərqli olaraq ən çox maaşı mədənçıxarma sənayesində çalışanlar alır . Adı çəkilən sahədə çalışanların orta aylıq əməkhaqları 4 226,4 manat təşkil edir.